Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Taliban” -İŞİD-in 65 üzvünü əfv edib

“Taliban” İŞİD-in 65 üzvünü əfv edib

“Taliban” Əfqanistanın Pakistanla sərhəddəki Nanqarhar vilayətində təslim olan İŞİD terror təşkilatının onlarla üzvünü əfv edib.

Yenixeber.org: Bu barədə xarici mətbuat xəbər verir.

Nanqarhar vilayətinin rəsmiləri İŞİD üzvü olan 65 nəfərin Kot ve Batkot rayonlarında qəbilə böyüklərinin vasitəçiliyi ilə kəşfiyyat bölmələrinə təslim olduğunu açıqlayıb.

Vilayətin səlahiyyətliləri təəssüfünü bildirən təşkilat üzvlərinin bağışlanmaları və onların yenidən silaha əl atacağı təqdirdə ən ağır şəkildə cəzalandırılacaqları barədə məlumat yayıblar.

Qeyd edək ki, İŞİD tərəfdarları Nanqarharda çoxsaylı hücumlar həyata keçirdikdən sonra “Taliban” bölgədə bu qruplaşmaya qarşı əməliyyatlarını gücləndirib.

Əfqanıstanın müxtəlif bölgələrində hücumlar həyata keçirən İŞİD-in oktyabrın 8-də cümə namazı zamanı Kunduz vilayətində, Sayed Abadda şiə məscidində törətdiyi partlayış nəticəsində 46 nəfər həlak olub, daha 143 nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam