Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kolumbiya hərbçiləri -erməni vandalizmi barədə məlumatlandırılıb

Kolumbiya hərbçiləri erməni vandalizmi barədə məlumatlandırılıb

Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münasibətilə mühazirə təşkil olunub.

Yenixeber.org: Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, mühazirədə kolumbiyalı hərbi qulluqçulara ölkəmizin tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.

Bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb və bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.

Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam