Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda -“Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb

Gürcüstanda “Avro 5” yanacaq standartına keçid yenidən təxirə salınıb

Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 3-cü dəfə təxirə salınıb.

Yenixeber.org: Bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorqadze “BusinessPressNews” nəşrinə bildirib.

O, qərarın nə zaman qüvvəyə minəcəyi barədə məlumatlı olmadığını qeyd edib: “Biz əlbəttə ki, təxirə salınmanı alqışlayırıq. Lakin bununla bağlı şirkətin heç bir müraciəti olmayıb”.

Gürcüstan hökumətinin qərarı ilə yeni standartın tətbiqi 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəkdi. “Avro 5”ə keçid hələ 2020-ci ilin yanvarın 1-də baş tutmalı idi.

Azərbaycan qonşu ölkənin əsas dizel tədarükçülərindən biridir. Nəşr qeyd edib ki, Gürcüstan yeni standarta Azərbaycanın “Avro-5”ə cavab verən yanacaq məhsullarının istehsalını təmin etməsindən sonra keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam