Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanın taleyini 5 ölkə həll edə bilməz...

Anqolaya səfəri çərçivəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İkinci Dünya müharibəsinin qalibi kimi BMT Təlükəsizlik Şurasının 5 daimi üzvü olmuş dövlətlər bəşəriyyətin taleyini həll etməməlidir.
Yenixeber.org: Türkiyə prezidenti dəyişikliklərin tələblərinə qulaq asmamağı İkinci Dünya müharibəsindən sonra yaranmış status-kvonu təkidlə qoruyub-saxlamaq cəhdi kimi qiymətləndirib.
-Dünyada BMT TŞ-nın üzvü olan 5 ölkə yox, 200-dən çox ölkə var. Bununla belə, Yer kürəsi əhalisinin taleyi “bir ovuc” dövlətin mərhəmətinə buraxılıb. Dünya dəyişir, diplomatiya, ticarət, beynəlxalq münasibətlər radikal dəyişikliklərə məruzx qalır. Qlobal təhlükəsizlik arxitekturasının əvvəlki kimi qalması ağlasığmazdır,-Rəcəb Tayyib Ərdoğan bildirib.
Hazırda BMT TŞ-na 15 ölkə daxildir ki, onların da beşi – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa – daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyr-daimi üzv isə iki illik müddətə seçilirlər. BMT TŞ-nın tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib. Onda qeyri-daimi üzvlər hesabına BMT TŞ-nın üzvlərinin sayı 11-dən 15-ə qaldırılıb.
Azərbycan 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü olub və bu müddətdə 2 dəfə quruma sədrlik edib.(“Rosbalt.ru”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam