Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çinin ABŞ-dan növbəti tələbi...

 

Çin ABŞ-dan gəmi insidentinin təfərrüatlarını tələb edib
Çin Müdafiə Nazirliyi ABŞ -ın nüvə sualtı qayığı insidenti ilə bağlı ciddi narahatlığını ifadə edərək Vaşinqtondan qəzanın bütün təfərrüatlarını açıqlamasını tələb edib. 
Yenixeber.org: Bu barədə Çin Müdafiə Nazirliyi bəyanat yayıb.
Müdafiə Nazirliyi sözçüsü Tanya Kefey məsələ ilə bağlı açıqlamasında deyib:
"Çin bu hadisə ilə əlaqədar ciddi narahatlığını ifadə edir və ABŞ -dan aydınlıq tələb edir. Vaşinqton insidentin iştirakçısı olaraq, bu durumu ətraflı izah etməyə borcludur".
Kefey ABŞ silahlı qüvvələrinin hadisə ilə bağlı məlumatları qəsdən gecikdirdiyini və hətta gizlətdiyini qeyd edib.
"Toqquşma oktyabrın 2 -də baş verib. Yalnız beş gün sonra hadisə ilə bağlı aydın olmayan qısa bir açıqlama verildi"-Çin rəsmisi deyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ ordusu, Hərbi Dəniz Qüvvələrinin Konnektikut sualtı gəmisinin beynəlxalq sularda bir obyektlə toqquşması nəticəsində zədələndiyini bəyan etmişdi. Hadisə nəticəsində 11 amerikalı dənizçinin yaralandığı bildirilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam