Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dələduzluq etməkdə şübhəli bilinən rieltor saxlanılıb

 

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib. 

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan adıçəkilən şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan 6 nəfər şəxsə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nin (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam