Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Zooloji Parkı -ziyarətçilər üçün açılıb

Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.

Yenixeber.org:  Parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Onun sözlərinə görə, bu gün isə kassalar 15:00-dan açılacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq: "Ümumiyyətlə, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam