Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qırğızıstan -Azərbaycanı peyvənd pasportlarının tanınması prosesini sürətləndirməyə çağırıb

Qırğızıstan Azərbaycanı peyvənd pasportlarının tanınması prosesini sürətləndirməyə çağırıb

 

Qırğızıstan Azərbaycandan iki ölkə vətəndaşlarının ölkələrarası səyahətini stimullaşdırmaq üçün Qırğızıstan Respublikasının peyvənd pasportlarının tanıması prosesini sürətləndirməyə çağırıb.

Yenixeber.org: Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələyə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı baxılıb.

Görüşdə çoxtərəfli təşkilatlar çərçivəsində qarşılıqlı əlaqə və dəstək məsələsi ayrıca nəzərdən keçirilib və qarşıdakı yüksək səviyyədə təmasların cədvəlini müzakirə olunub.

Həmçinin, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2022-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri, Qırğızıstan tərəfinin regionlararası dialoq təşəbbüsü müzakirə edilib.

Bundan əlavə, Azərbaycan və Qırğızıstan ikitərəfli münasibətləri daha da gücləndirmək üçün qarşılıqlı mövqelərini bir daha təsdiqləyib. Bu kontekstdə nazirliklərarası siyasi məsləhətləşmələrin, iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının təşkili məsələlərinə baxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam