Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Pəncşir Əfqanıstan deməkdir, ayağa qalxın” –Əmrulla Saleh xalqa səsləndi

Əfqanıstanın Birinci vitse-prezidenti, əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edən Əmrullah Saleh sosial şəbəkə vasitəsilə ölkə vətəndaşlarına müraciət edərək onları birliyə səsləyib: “Pəncşir Əfqanıstan deməkdir. Beləliklə, Pəncşirlə ayağa qalxın və bir səs olun. “Taliban” vadiyə humanitar girişi bağlayıb və onların hərəkəti beynəlxalq hüquqa görə müharibə cinayəti sayılır”.

Yenixeber.org: Ə.Saleh deyib ki, minlərlə ailə bura sığınarkən həkimlərin, dərmanların və ləvazimatların girməsinə icazə vermirlər. Telefon xətləri tamamilə sıradan çıxıb və üç gündür enerji axını kəsilib. “Taliban” bir çox insanın əmlakını və pulunu əlindən alır və gənclərdən mina kimi istifadə edir ki, bu da hələ də hərbi cinayət sayılır: “Bu cinayətləri qeyd etmək və səsimizi qaldırmaq müqavimətdən başqa bir şey deyil. Bizimlə olun. Müqavimət təslim olmur və olmayacaq. Yalnız öz qanuni siyasi tələbləri ilə razılaşmağa hazırdır”.

Ə.Saleh sonda qeyd edib ki, onun internetə çıxışı var və sağ ikən “Taliban” onun səsini boğa bilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam