Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərdi - FOTO

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın ikinci hissəsi hazırlanaraq, beynəlxalq təşkilatlara ünvanlanıb.

Yenixeber.org: Ombudsman Aparatından verilən məlumata görə, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda 90-cı illərin Qarabağ və Vətən müharibələri dövründə, habelə 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini, həmçinin sosial şəbəkələrin erməni seqmentində azərbaycanlılara qarşı nifrət nitqinin istifadəsinə dair faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.

Hesabatın hazırlanmasında sosial şəbəkələrdə, eləcə də yerli və xarici mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Ombudsman öz hesabatında 90-cı illərin Qarabağ müharibəsi dövründən itkin düşən şəxslərin taleləri, Ermənistanın siyasi və hərbi hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam