Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

 “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”

 

“Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır:

“Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib:

“Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.

Türkiyə Prezidenti əlavə edib ki, Əfqanıstandan ümumilikdə 552 Türkiyə vətəndaşı təxliyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam