Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir” - "Bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”

“Regionun və əlbəttə Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq, bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”.

Yenixeber.org: Yerli büromuzun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib.

R.T.Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan üzərinə də önəmli vəzifə düşür: “Pakistan 2 milyarddan çox əhalisi olan Cənubi Asiyada çox mühüm bir əhəmiyyət daşıyan ölkələrdəndir. Regionun üzləşdiyi problemlərin həlli yalnız Pakistanın müdaxiləsi sayəsində həll edilə bilər”.

Türkiyə Prezidenti son dövrlər İran üzərindən Əfqanıstandan yeni bir köç dalğası ölkəsinə doğru gəldiyini və bunun getdikcə artdığını vurğulayıb: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”.

R.T.Ərdoğan bu istiqamətdə və Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr səviyyəsində əməkdaşlığı artacağını bildirib.

Türkiyə Prezidenti müdafiə sənayesi sahəsində ölkəsinin getdikcə artan qüdrəti digər ölkələrlə əməkdaşlığı gücləndirdiyini də bildirib: “Son 6 ildə Suriyada, Qarabağda, Liviyada ortaya qoyduğumuz güclü müqavimətin arxasında belə böyük bir əzm var. Qərblilərin bizə vermədikləri hər müdafiə sənayesi məhsulu ilə “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə əslində bizə uğur qazandırdılar. Buradan onlara təşəkkür edirəm”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam