Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qonşu ölkə sərt karantin rejiminə keçir-bütün dövlət və özəl sektorların işi dayandırılır

İran sərt karantin rejiminə keçir, bütün dövlət və özəl sektorların işi dayandırılır

 

İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən 16 avqustdan 22 avqustadək İranın həssas peşə sahələri istisna olmaqla bütün dövlət və özəl sektorlarda fəaliyyət dayandırılacaq.

Yenixeber.org: Məlumata görə, bunu İranın Koronavirusla Mübarizə Milli Komitəsinin sözçüsü Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, fəaliyyətini dayandıran idarələrə banklar və sairə də daxildir.

O əlavə edib ki, bundan əlavə sabahdan etibarən 28 avqustadək bütün avtomobillərin hərəkəti dayandırılacaq. Sadəcə ərzaq maddələri, yanacaq maddələri daşıyan avtomobillər və təcili yardım maşınları fəaliyyət göstərə bilərlər.

Rəisi deyib ki, qeyd olunan müddətdə cərimələnən şəxslərin cəriməsi 1 aydan sonra ikiqat artacaq.

Qeyd edək ki, İranda ötən gün (13 avqust) 39 min nəfər koronavirusa yoluxub, 527 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam