Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan xəstəxanalarında vəziyyət kritik həddə çatıb -Vaksinasiya məcburi ola bilər

“Gürcüstanın səhiyyə sistemində vəziyyət kritik həddə çatıb”.

Yenixeber.org: Bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, koronaviruslu xəstələrin çarpayı ilə təmin olunmasında ciddi problemlər var: “Hazırda Gürcüstanda aktiv xəstə sayı 50 192 nəfər təşkil edir ki, onların 6 635-nin stasionar müalicəyə ehtiyacı var. 1 327 pasiyentin vəziyyəti ağırdır, 326-sı süni tənəffüs aparatına qoşulub. 3 409 pasiyent COVID-19-a yoluxanların tibbi nəzarətdə saxlanıldığı mehmanxanalarda yerləşdirilib, 40 148 nəfər yoluxan şəxs isə ev şəraitində müalicə kursu keçir”.

Qonşu ölkədə mövcud ağır epidemioloji vəziyyət fonunda koronavirusa qarşı vaksinasiyanın məcburi olacağı gözlənilir. Baş nazrir İrakli Qaribaşvili peyvəndlənmənin yaxın zamanlarda məcburi olacağını istisna etməyib.

“Biz buna istəsək də, istəməsək də getməliyik. Peyvənd vurdurmayan şəxs ölüm hallarının artdığı reallığı müşahidə etməli olacaq. Buna görə də özünü qorumaq üçün vaksinasiyadan mütləq keçmək lazımdır”, - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam