Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfqanıstanın müdafiə nazirinin evinə hücum zamanı -4 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə müdafiə naziri general Bismilla Xan Məhəmmədinin evinə edilən hücum zamanı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Yenixeber.org: Bu barədə "Agence France-Presse" təhlükəsizlik xidmətlərindəki mənbəyinə istinadən xəbər verir.

"Dörd nəfər ölüb, iyirmi nəfər yaralanıb", - təhlükəsizlik xidmətinin əməkdaşı agentliyə bildirib. Eyni zamanda, söhbətin hücum edənlərdən və ya mülki şəxslərdən getdiyi məlum deyil.

Agentlik Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzaya istinadən nazirin evinə hücum edənlərin hamısının öldürüldüyünü bildirib.

Daha əvvəl, “RİA Novosti”nin hadisə şahidinə və Kabil polisindəki mənbəyə istinadən məlumatına görə, Əfqanıstanın müdafiə nazirinin Kabildəki evinin yaxınlığında avtomobil partladılıb və bundan sonra bir neçə silahlı şəxs onun evinə girib. Məhəmmədi nə özünün, nə də ailə üzvlərinin xəsarət aldığını söyləyib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumda 4 yaraqlı iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam