Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koçaryan düşdükləri rəzil durumdan danışıb: İrəvanın heç dişləri belə qalmayıb

Ermənistanın eks-prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Koçaryan ölkəsinin düşdüyü rəzil durumdan, hərbi və diplomatik uğursuzluqlardan gileylənib.
Yenixeber.org: "Yerkir Media"ya müsahibə verən Koçaryan son zamanlar sərhəddə yaranmış gərginlikdən də söz açıb:
"Ermənistanın güzəştə getməsi üçün yeni bir müharibə təhlükəsi yaradılır. İnsanlar bu güzəştləri xəyanət kimi deyil, qurtuluş kimi qəbul edirlər. Sərhədin Yerasx istiqamətində vəziyyətin kəskinləşməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkün müqəddiməsi saymaq olar".
Onun sözlərinə görə, hazırda Yerasxdakı sərhəddə baş verənlər böyük bir mənzərənin kiçik fraqmentidir. Mənzərə isə onu göstərir ki, Ermənistan müqavimət qabiliyyətini itirib, o artıq qarşı tərəfə dişlərini göstərə bilmir. İrəvanın heç dişləri belə qalmayıb.


“Qaragöldə çox sayda Azərbaycan əsgərinin varlığını unutmuşuq. Bu, müharibə zamanı və ondan sonra Ermənistanda baş verənlərin məntiqi davamıdır. Artıq dişlərimizin, adekvat cavab vermək üçün imkan və istəyimizin olmadığını göstərdik",-Koçaryan gileylənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam