Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Köhnə avtomobil sürənlərə pis xəbər: -Belə maşınlar yığışdırılacaq – VİDEO

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün son addımlar atılır. Bununla bağlı hazırlanan yeni proqram tamamlanmaq üzrədir. Layihədə vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirilib.

Yenixeber.org: Ölkəmizdə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb.

"Təmiz Şəhər" Açıq Səhimdar Cəmiyyətinin hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov "XəzərXəbər"ə bildirdi ki, layihədə 2 dəfə zəruri dəyişiklik edilib. Onun sözlərinə görə proses sonuncu mərhələdədir.

Qurum rəsmisi qeyd etdi ki, müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələr baxılması üçün Nazirlər Kabinetinə göndəriləcək. Mirzə Laçınov vətəndaşlar üçün qaranlıq qalan əsas məsələlərdən birinə də aydınlıq gətirib.

Layihədə stimullaşdırıcı addımlar da nəzərdə tutulub. Mirzə Laçınov vurğuladı ki, Nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil alınarkən həmin nəqliyyat vasitəsinin alış məbləğinə güzəşt tətbiq ediləcək.

Utlizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomabillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Qeyd edək ki, layihə təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam