Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaricə nə qədər elektrik enerjisi satırıq? -Nazirlik və Komitə fərqli rəqəmlər deyir...

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 746 milyon 29,8 min kVt/saat elektrik enerjisi ixrac edilib. 
Yenixeber.org: Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara (https://customs.gov.az/modules/pdf/pdffolder/106/FILE_E477E2-888522-0B25F8-F381A7-C365FB-50A011.pdf) istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 30 milyon 325,6 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi xaricə satılan elektrik enerjisinin qiyməti 4 sent və ya 7 qəpik təşkil edib. Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi hazırda Azərbaycanda əhali qrupu üzrə aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saat təşkil edir. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır.

Məlumat üçün qeyd edək ki, xaricə satılan elektrik enerjisinin yarıdan çoxu qonşu Gürcüstana satılır. 
Onu da qeyd edək ki, elektrik enerjisinin ixracı ilə bağlı Azərbaycanın rəsmi qurumlarının açıqladığı rəqəmlər üst-üstə düşmür. Energetika nazirliyinin açıqladığı məlumatda (https://minenergy.gov.az/az/xeberler-arxivi/may-ayinda-respublikada-elektrik-enerjisi-istehsali-artib) göstərilir ki, bu ilin ilk 5 ayı ərzində elektrik enerjisinin ixracı 569,9 milyon kVt-saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 milyon kVt-saat artıb. İrana 14,4 milyon kVt-saat, Türkiyəyə 12,7 milyon kVt-saat, Rusiyaya 39,4 milyon kVt-saat, Gürcüstana isə 503,4 milyon kVt-saat elektrik enerjisi ixrac edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam