Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moskvada karantin rejimi -yenidən sərtləşdirilir

Moskvada karantin rejimi yenidən sərtləşdirilir
Moskva meri Sergey Sobyanin paytaxtda epidemioloji vəziyyətin pisləşməsinə görə yeni məhdudiyyətlər elan edib.
Yenixeber.org: Bu barədə “RİA Novosti” xəbər verir.

Belə ki, 13 iyundan işəgötürənlərə əməkdaşların ən azı 30% -nin, peyvənd edilənlər istisna olmaqla, 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan bütün işçilərin məsafədən iş rejiminə keçirmələri tövsiyə edilib.

Əmək haqqı saxlanılımaqla iyunun 15-dən 20-dək qeyri-iş günləri elan edilib.

Həmçinin, iyunun 13-dən 20-dək ticarət mərkəzlərində uşaq oyun otaqları, kafelər işini müvəqqəti dayandırır. Restoranlarda, kafelərdə, barlarda, gecə klublarında, karaoke, boulinq salonlarında, diskotekalarda və digər əyləncə müəssisələrində saat 23:00-dan səhər 06:00-dək (yemək servisi istisna olmaqla) ziyarətçilərə xidmət etmək qadağan edilir.

Bundan əlavə, böyük şəhər parklarında attraksionlar, idman meydançaları, icarə məntəqələri, istirahət və əyləncə obyektləri də bağlanacaq. Eyni zamanda, parklarda yalnız gəzmək mümkün olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam