Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Qurbanlının nüfuzlu dediyi sayt 2 gün əvvəl yaradılıb – FOTOFAKT

 


Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında və “Facabook” sosial şəbəkəsindəki hesabında bu qurumun sədri Mübariz Qurbanlının yazdığı məqalənin ABŞ-ın xarici siyasət, təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər istiqamətində fəaliyyət göstərən xəbər saytında - “The Washington Outsider”da (thewo.us) yayımlandığı barədə məlumat verilib.
Yenixeber.org: Haqqında bəhs olunan xəbər saytı cəmi 2 gün əvvəl yaradılıb.
Eyni zamanda “thewo.us” saytının “Facebook” sosial şəbəkəsindəki hesabı da məqalənin yayımlandığı gündən 2 gün əvvəl açılıb.
Məlumat üçün bildirək ki, “thewo.us” saytı və “Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsi 6 iyun tarixində açılıb.
Son 2 gündə “thewo.us” saytına cəmi 4 xəbər yerləşdirilib və onlardan 2-si Azərbaycanla bağlıdır. Xəbərlərdən birinin müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, digəri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Fidan İsmayılzada olub.
“Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsini isə cəmi 72 nəfər “bəyənib”. Son 2 gündə səhifədə paylaşılan xəbərləri isə demək olar ki, heç kim bəyənməyib.
Qeyd edək ki, Mübariz Qurbanlının məqaləsi "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə Ermənistanın əsassız iddiaları" adı ("Armenia's groundless allegations of committing "cultural crimes" in the liberated territories of Azerbaijan") ilə yayımlanıb.(yeniavaz)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam