Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda -tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür

Bakıda tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür

Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.

Yenixeber.org: Memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansard yaxın müddətdə söküləcək.

Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.

Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L'Art Nouveau” stilində ucaldılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam