Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həkimdən həmkarlarının həbsinə sərt reaksiya -“Pulu olan müalicə ala bilər, olmayan yox?!” - VİDEO

 

“Yeni klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbsi o deməkdir ki, TƏBİB-in və ya yeni yaradılan səhiyyə qurumlarının daxilində boşluq olub. Mümkün deyil ki, məsul şəxslərin qulağına sözügedən iddialar çatmasın”.

Yenixeber.org: Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, TƏBİB-in bu prosesə nəzarəti gücləndirməsinə ehtiyac var:

“TƏBİB sistemi elə qurulmalıdır ki, belə halların baş verməsinə şərait olmasın. Bu, ölkənin təhlükəsizliyi məsələsidir. Necə yəni Azərbaycanda pulu olan müalicə ala biləcək, olmayan ala bilməyəcək?! Biz onsuz da bilirdik belə hallar var. Yeni sistemi elə bunun qarşısını almaq üçün qurduq. Demək ki, bir az ayağımız büdrəyən kimi “köhnə hamam, köhnə tas” olur. 

Həkimlərlə apardığımız müzakirələrdə koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsinin bu qurumun əlindən alınması barədə təkliflər səsləndirildi. Təkliflər var idi ki, proses poliklinikalara verilsin. Lakin mən buna da qarşıyam. Çünki hazırda evdə müalicə prosesini tənzimləməli olan bu tibb müəssisəsi vəzifələrini icra edə bilmir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam