Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amsterdamda kütləvi etirazı polis belə dağıtdı

Amsterdam polisi koronavirus məhdudiyyətlərinə qarşı təşkil olunmuş nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Yenixeber.org: Nümayiş zamanı ümumilikdə Muzey meydanına mindən çox etirazçı toplaşıb.

Etirazçılar polisin dağılışmaqla bağlı çağırışlarına məhəl qoymadıqda təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, Niderlandda hökumətin koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərinə qarşı nümayişlər bir neçə həftəsonu davam edir. Keçən həftə olan aksiyalarda polis 150-dən çox etirazçını həbs edib.

Xatırladaq 23 yanvarda Niderlandda koronavirusun yayılması ilə mübarizə üçün komendant saatı tətbiq edilib. Komendant saatı 21:00-dan 04:30-dək davam edir, komendant saatını pozanlar 95 avro cərimə olunur. Bu qərar şəhərlərdə kütləvi etirazlara səbəb olub.

Sonradan hökumət komendant saatının müddətini martın 31-dək uzadıb.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam