Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda radionun açılması üçün sənəd qəbulu başa çatıb

 

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb. 

Yenixeber.org: MTRŞ-dan bildirilib ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib. Bunlar "Real Təhlil İnformasiya Mərkəzi" MMC, "Caspian İnternational Broadcasting Company" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC, "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası və "ARB 24" MMC-dir.

"Televiziya və radio yayımı haqqında" qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam