Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MM sədrinin I müavini -"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər"

MM sədrinin I müavini: İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər

“Soyadlardakı “ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı parlament sədrinin I müavini Əli Hüseynli deyib.

“Yeni doğulanlarla bağlı isə heç bir problem yoxdur. Azərbaycan vətəndaşı bunu istədiyi zaman icra edə bilər”, - vitse-spiker bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi məsələsini gündəmə gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam