Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə dərman çatışmazlığı yaşanır

 

Avstraliya pandemiya fonunda yaranmış tədarük kəsintiləri səbəbindən reseptli preparatların çatışmazlığı ilə üzləşib.

Yenixeber.org: Bu barədə “9News” xəbər portalı Yeni Cənubi Uels ştatındakı Avstraliya Əczaçılıq Cəmiyyətinə və ölkənin Milli Terapevtik Mallar İdarəsinə istinadən məlumat yayıb. Məlumata görə, mütəxəssislər pandemiya başlayandan bəri Avstraliya apteklərində ən ciddi dərman çatışmazlığından bəhs edir, milli tənzimləyici - Terapevtik Mallar İdarəsi (TGA) isə ölkədə ən çox işlənilən antidepresant ehtiyatlarının tükənməsi barədə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda çatışmazlığın azı fevral ayının sonuna qədər və bəlkə də aprel ayına qədər davam edəcəyinin gözlənildiyi göstərilib.

Çatışmazlığın mənfi təsirini azaltmaq üçün tənzimləyici bir sıra xaricdə qeydiyyatdan keçmiş, lakin Avstraliya lisenziyası olmayan dərmanların tədarükünə də icazə verib. Ümumiyyətlə, COVID-19 pandemiyası fonunda ölkə səlahiyyətliləri tərəfindən tətbiq olunan məhdudiyyətlər səbəbiylə tədarükü ciddi şəkildə təsirlənən bir çox dərmanın çatışmazlığı yaşanır. Bu baxımdan antidepresantlarla yanaşı, təzyiqi aşağı salan, qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyən və hormonal dərmanları göstərmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam