Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Buzlaşma və yüklənmə səbəbindən -bəzi yerlərdə elektrik verilişi kəsilib

Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib

Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbiylə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Yenixeber.org: ASC-dən verilən məlumata görə, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ötən gün axşam saatlarından başlayaraq gecə-səhərədək və hazırda da əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar Qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.

Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb ediliməsi ilə bağlı tapşırıq verilmişdir.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam