Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir rəisi 10 minlik tenderə görə işdən çıxarıb? -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad edib.
Yenixeber.org: Mətbuatda idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılması ilə bağlı xəbər yayılıb.

Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. “Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.
Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. 
Nazim Ağayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq 10 min manatlıq tender işinə görə işdən çıxarılması ilə bağlı yayılan məlumatları təkzib edib. O, təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini açıqlayıb: 
“Mən təqaüdə çıxmağımla əlaqədar cənab nazirə ərizə yazıb müraciət etmişəm və o da məni tutduğum vəzifədən azad edib. Burada heç bir yeyintidən söhbət gedə bilməz”.
N. Ağayev həmçinin sosial şəbəkədə rəhbərlik etdiyi Regional İdarəyə 10 min 426 manat məbləğində kompüter proqramı alınması ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Bir ildir pandemiyadır, bizim fəaliyyətimiz ancaq elektron qaydada həyata keçirilir. Elə bilirlər ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin 5-10 kompüter var, onlara antivirus proqramı yüklənib. Əslində isə bizim regional idarəyə 5 rayon baxır. Bu rayonlarda 500 kompüter var. Sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yanlışdır və qərəzlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam