Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

20 Yanvar faciəsi -Kolumbiya mətbuatında

20 Yanvar faciəsi Kolumbiya mətbuatında

Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun müəllifi olduğu, 20 Yanvar faciəsinə həsr edilmiş “Qara yanvar” başlıqlı yazı dərc olunub.

Yenixeber.org: Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və ölkəsinin müstəqilliyini tələb edən paytaxt azərbaycanlıların üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif "Human Rights Watch" təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanılılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam