Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

550 min avroluq şərab oğurluğu - Polis 3 nəfəri axtarır

Naməlum şəxslər Fransanın şərqindəki Sona və Laura departamentində təxminən 350 min avro dəyərində yüzlərlə şüşə şərab oğurlayıblar.
Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, oğurluq hadisəsi səhər saatlarında baş verib və hazırda polis cinayətkarları axtarır.

"Bir neçə nəfər zirzəminin qapısını sındıraraq yüzlərlə şüşə şərab aparıb. Həyacan siqnalı ilə oyanan zirzəminin sahibi avtomobilə yetişməyə çalışıb və polisə məlumat verib.

Təqib zamanı onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şərab şüşələri atıblar. Daha sonra onlar avtomobili Bron şəhəri yaxınlığında qənimətlə birlikdə tərk edərək qaçıblar. Ən azı üç nəfər axtarışdadır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Fransada bir neçə gün əvvəl də naməlum şəxslər 200 min avro dəyərində şərab oğurlayıb. Oğurluq hadisələrinin eyni şəxslər tərəfindən törədilib-törədilmədiyi məlum deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam