Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində növbəti tədbir bu gün Xocavənd rayonunda baş tutub.

Yenixeber.org: Məlumata görə, rayonun işğaldan azad edilmiş Tuğ kəndində xidmətini davam etdirən hərbçilərə bu gün bayram sovqatı çatdırılıb.

Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin bağlamaları çatdıran əməkdaşları əsgər və zabitlərin ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydiyyat aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasını yüksək qiymətləndiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam