Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ üçün -başlıca təhlükələr açıqlandı

ABŞ üçün başlıca təhlükələr açıqlandı

ABŞ hökuməti ölkənin 2020-ci ildə üzləşdiyi başlıca təhlükələrin müxtəsər sadalandığı HTA (Homeland Threat Assessment – Vətənə Təhlükənin Dəyərləndirməsi) adlı sənədi yayımlayıb.

Yenixeber.org: Vətənin Təhlükəsizliyi Departamentindən (DHS) xəbər verir ki, sənəddə qeyd olunan təhlükə mənbələri aşağıdakılardır:

  1. Həm xarici dövlətlər, həm də qeyri-dövlət qurumları tərəfindən kiber təhlükələr kəskin qalaraq daha da artacaq.
  2. COVID-19 pandemiyası ABŞ-ın iqtisadi rəqiblərinin əlinə amerika xalqını istismar etmək üçün yeni imkanlar verəcək.
  3. Çin, Rusiya, İran kiber imkanlarından istifadə etməklə 2020-ci il seçkilərinə müdaxilə üçün ölkənin mühüm infrastrukturunu təhlükəyə qoymağa, seçicilərə təsir göstərməyə çalışacaq.
  4. İdeoloji təsirlər altındakı fərdi şəxslər və kiçik qruplar böyük terror təhlükəsi yaradacaq.
  5. Transmilli kriminal təşkilatlar ölkənin ictimai səhiyyəsi və təhlükəsizliyini, habelə Meksika mənşəli qruplarla birgə milli təhlükəsizliyi təhdid edəcək.
  6. COVID-19 pandemiyası ilə bağlı Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi ölkələrindən gözlənilən köç dalğası ölkənin cənub-qərb regionunda iqtisadi və siyasi vəziyyətə mənfi təsir göstərəcək.
  7. Təbii yoluxucu xəstəliklər də amerikalıların gündəlik həyatını və təhlükəsizliyini təhdid edəcək.

“Amerika xalqı bu sənədi oxuduqda Vətənimizin üzləşdiyi terrorçuluq və mütəşəkkil cinayətkarlıq kimi ənənəvi təhlükələrdən daha çox xəbərdar olacaq. Həmçinin Çin, Rusiya, İran kimi ölkələr tərəfindən də Vətənimizə əhəmiyyətli dərəcədə təhlükə törətdiklərini də anlayacaqlar”, –  departamentin icraçı katibi Çad Volf qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam