Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qafqazlılarla mübarizə aparan rusiyalı “qanuni oğru” həlak oldu -FOTO/VİDEO

 

Sibirdə, Rusiyanın ən ağır koloniyalarında dəfələrlə məhkum həyatı yaşayan “Zyatek” ləqəbli qanuni oğru Vladimir Zyatkov gəmi qəzasında həyatını itirib.

Yenixeber.org: Bu barədə “360 TV” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Zyatkovun olduğu kater qaranlıq vaxtı barja ilə toqquşub.

Qəzada “qanuni oğru” ilə birlikdə daha üç nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb. Zərərçəkənlər arasında üç yaşlı uşaq da var. O, əməliyyat olunub və hazırda reanimasiyadadır.

Zyatkovun arvadı isə yüngül travmalar alıb.

Qeyd olunur ki, Sibirdə “vəziyyətə baxan” Zyatkov qafqazlı kriminal avtoritetlərlə mübarizə aparması ilə tanınırdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam