Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Almaniyada etirazçılar -Yunanıstandakı qaçqınları ölkələrinə çağırırlar

Almaniyada etirazçılar Yunanıstandakı qaçqınları ölkələrinə çağırırlar

Almaniyanın paytaxt Berlin də daxil olmaqla Köln, Hamburq, Frankfurt kimi böyük şəhərlərdə Yunanıstanda köməksiz vəziyyətdə qalan qaçqınlar üçün dəstək aksiyası keçirilib. 
Yenixeber.org: Aksiya iştirakçıları şəhərlərin mərkəzi küçələri ilə yürüş edərək, ötən gün Yunanıstanın Midilli adasında yerləşən “Moria” qaçqın kampında baş verən yanğın nəticəsində köməksiz vəziyyətdə qalan insanların təcili olaraq Almaniya və digər Avropa ölkələrinə gətirilmələrini tələb ediblər. 
Avropada fəaliyyət göstərən müxtəlif insan haqları təşkilatçılarının üzvlərinin də qatıldığı aksiyada “Moriadan Alamaniyaya gətirin!”, “Yerimiz var”, “Sərhədlərə yox” və “Deportasiyaları dayandırın” kimi şüarlar səsləndirilib.
Digər tərəfdən, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin baş naziri Armin Laşet yerli mətubata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi əyalət “Moria”dakı kampdan 1 000 qaçqının gətirilərək şəhərlərdəki yataqxanalara yerləşdirilməsi üçün danışıqlara başlayıb. 
Laşet bildirib ki, artıq Midilli adasındakı kampdan valideyn himayəsindən məhrum olan uşaqların ilk qrupu Almaniyaya gətirilib.
Xatırldaq ki, ötən gün Yunanıstanın Midilli adasında yerləşən və 13 minə yaxın sığınacaq axtaranın qaldığı kampda ard-arda yanğın baş verib. Avropanın ən böyük kampı olan “Moria”da keçən həftədən 35 nəfərdə koronavirusun tapılması ilə sərt karantin rejimi tətbiq edilirdi. Bəzi iddialara görə, sığınacaq axtaranlar sərət karantin rejiminə etiraz olaraq kampı bilərəkdən yandırıb. Yunanıstan Daxili İşlər Nazirliyi iddiaların araşdırılması üçün xüsusi qrupun hadisə yerində işlədiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam