Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bilal Əliyevdən məmurlara sərt mesaj -“Pulları artan kimi...”

Bilal Əliyevdən məmurlara sərt mesaj  - “Pulları artan kimi...”

“Kiminsə pulu artan kimi digərlərini ayağının altında qoymamalıdır. Ona bir parça çörək verilirsə, vəzifə verilirsə, elə etməlidir ki, bacarıqlı insanları ətrafında cəmləşdirsin, qohum-əqrəbasını yox”.

 

Yenixeber.org:  Bu sözləri Xalq artisti Bilal Əliyev vəzifəyə gələn şəxslər barədə danışarkən söyləyib.

Sənətçi dövlət idarələrində vəzifədə işləyənlərə ətraflarına savadlı, bacarıqlı adamları yığmağı məsləhət görüb: 

“İnsan başa düşməlidir ki, Allah bütün bəşəriyyət üçün məkan yaradıb. İnsanlar bi-birlərinə ziyan vurmamalıdır, mehriban yaşamalıdırlar. Kiminsə pulu artan kimi digərlərini ayağının altında qoymamalıdır. Vəzifədəkilər bacarıqlı insanları ətrafında cəmləşdirsin, qohum-əqrəbasını yox. Belə olanda həm savadlı, bacarıqlı insanları işlə təmin etmiş olar, həm də başqalarının maddi durumu düzələr. Amma bu işi elə görməlidir ki, qanun çərçivəsində olsun. Əgər qohum savadlı deyilsə, onu qanad altına almaq mümkün deyil.  Qohuma ancaq o yaxşılığı edə bilərsən ki, sən özünün qazandığın puldan aparıb cibinə 100-200 manat qoyasan. Bacarığı yoxdursa ona yardım edə bilərsən, amma onu vəzifə başına gətirmək düzgün deyil. 

Əgər sən yaşayırsansa, birinci evini qorumalısan, sonra yaşadığı bölgəni, ölkəni qorumağı bacarmalısan. Dünya ölkələri arasında Azərbaycan da öz yerini tutan ölkələrdəndir. Azərbaycan özündə bir çox milləti birləşdirən ölkədir, onların içində ləzgi, talış, udin, ingilis, alman, fars, ərəblər var. Biz artıq onlarla qohum olmuşuq, ərəblərlə azərbaycanlılar bir-birlərinə qız verib, qız alıblar, türklər qan qardaşlarımızdır. Hamımız bir ölkədə birləşmişik, biz elə davranmalıyıq, elə hərəkət etməliyikki, hamı bir-biri ilə doğma insan kimi yaşaya bilsin, can deyib can eşitsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam