Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İqtisad Universitetinin tələbələri boykota gedir: -Təhsil Nazirliyi isə müdaxilə etmir

           Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə rektorluq arasında problem yaranıb.


Yenixeber.org: Belə ki, tələbələrə imtahanlara düşəcək sualların əvvəlcədən verilməyəcəyi bildirilib. Bu isə tələbələr arasında narazılıq yaradıb.
Onlar bu praktikadan əvvəl istifadə olunmadığını bildirərək imtahanlarda çox sayda tələbənin müvəffəq ola bilməyəcəyini bildirirlər.
Rektorluq isə bunu tələbələr arasında biliyin qiymətlərndirilməsinə ən doğru vasitə hesab edir.
Həmçinin vurğulanır ki, əvvəlki dönəmlərdə sualların verilməsi tələbələrin biliyinin doğru qiymətləndirilməsində problem yaradıb və hətta təqaüdlərin təyininə təsirli olub.
Tələbələr isə rektorluğun bu əsaslandırması ilə razılaşmır və qayda dəyişməyəcəyi təqdirdə imtahanı boykot edəcəklərini deyirlər.
Məsələ ilə bağlı cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, İqtisadiyyat universiteti bununla bağlı öz mövqeyini açıqlayıb.
Təhsil Nazirliyinin nümayəndəsinin sözlərindən aydın olub ki, həmin universitetdə baş verənlərlə bağlı dəqiq məlumatı yoxdur.
“İqtisadiyyat Universitetində baş verənlərlə bağlı tam detallı şəkildə məlumatım yoxdur. Çünki bu konkret universitetlə bağlı olan məsələdir. Onlar isə bu məsələ ilə bağlı artıq öz fikirlərini bildiriblər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam