Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Nəqliyyat Agentliyi -20 sərnişini mükafatlandırıb

Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.

2019-cu ilin yekunlarına əsasən vətəndaşlar tərəfindən ümumulikdə 429 xəta təqdim edilib. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Həmçinin, il ərzində fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən 20 sərnişinə isə qiymətli hədiyyə təqdim edilib.

“Tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

Bu sahədə daha müsbət nəticələr əldə olunması üçün sərnişinləri 2020-ci ildə daha da fəallıq nümayiş etdirməyə dəvət edirik”, -  qurum bəyan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam