Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzərdə- nərə balığı ovuna qadağanın müddəti uzadılıb

 

Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.

Yenixeber.org: Bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

“Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".

N.Xunmirzayinin sözlərinə görə, ölkələrin ehtiyatlarının bərpası üzrə zaman cədvəli tənzimlənib.

Təşkilat rəsmisi qeyri-qanuni ovla mübarizə ilə əlaqədar protokolun ilkin mətninin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək işçi qrupunun iclasında araşdırılacağını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam