Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir

Artıq 5 gündür ki, ictimai nəqliyyatdan istifadə edə bilməyən Bakının Bibiheybət qəsəbəsində yaşayan “Jurnalist binaları”nın sakinləri mətbuat vasitəsilə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlasalar da, problem öz həllini tapmayıb.

 

Yenixeber.org: Məsələ ilə bağlı əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayaraq, onların mövqeyini öyrənməyə çalışıb.

 

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bununla bağlı hazırda iş prosesi gedir:

 

“Nəticə əldə edən kimi ictimaiyyətə məlumat verəcəyik. Yollar bağlıdır, avtobus xətti necə bərpa oluna bilər ki? Düşünürəm bu problem tək bizim yox, ümumilikdə dövlətin problemidir. Vətəndaşlara bildirmək istəyirik ki, bir az səbrli olsunlar. İş prosesi bitən kimi avtobus xətti yenidən öz istiqaməti ilə hərəkət edəcək”.

 

Qeyd edək ki, noyabrın 24-ü paytaxtın Bibiheybət məscidi yaxınlığından keçən magistral yolun çökməsi nəticəsində, həmin istiqamətdə yaşayan “Jurnalist binaları” və “Kristal” binaların sakinləri marşrutsuz qalıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam