Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İnter" MMC-nin dələduzluğu araşdırılır -Qabil Əliyevin arxasında kim dayanır?

 

    

Yenixeber.org: Son zamanlar ayrı-ayrı MTK-ların özbaşınalıqları, vətəndaşlara qarşı konkret dələduzluq əməlləri törətməsi ciddi rezonansa nədən olmaqla yanaşı dövlətin yuxarı orqanlarını da narahat etməkdədir. Redaksiyamıza mötəbər mənbələrdən verilən xəbərdə deyilir ki, vəziyyət o həddə çatıb ki, hətta MTK-larn məsələsinin ayrıca dövlət komissiyası tərəfindən araşdırılması da gündəmə gəlib.
Xatırladaq ki, bu istiqamətdə konkret olaraq Prezident Administrasiyası tərəfindən də müvafiq araşdırmalar aparılmaqdadır və hər il sözügedən ali dövlət qurumu barəsində ən çox narazılıqlar olan MTK-lar barədə məlumat açıqlayır.
Həmin MTK-lar-dan biri də Qabil Əliyev adlı şəxsin rəhbərlik etdiyi "İnter" MMC-dir. Bu MTK ilə bağlı şikayətlər o həddə çatb ki, hətta Qabil Əliyevin adı beynəlxalq miqyaslı dələduzluqda da hallanıb.
Bununla bağlı saytımıza danışan mənbə bildirir ki, arxasında çox nüfuzlu dövlət məmurlarından birinin dayandığı "İnter" MCC sahibi ilə bağlı artıq hüquqi müstəvidə araşdırmaların aparılması və qərar verilməsi tapşırığı gəlib.
Mənbə bildirir: "Qabil Əliyev zaman-zaman himayədarının hesabına yüzlərlə vətəndaşa divan tutub. Onun məsələsi ciddi araşdırllsa, böyük miqyaslı dələduzluq faktları ortaya çıxacaq".
Bildirək ki, redaksiyamız da "İnter" MMC-nin dələduzluğu ilə bağlı bilgilər alıb. Yaxın günlərdə həmin məlumatlarla yanaşı, bu MTK-nın arxasında dayanan şəxsin kimliyini açıqlayan faktları təqdim edəcəyik.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!(teref.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam