Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan əhalisinin sayı - 10 ildə 12.1 faiz artıb

 
"Azərbaycan əhalisinin sayı 10 il ərzində 1 084 500 nəfər və ya 12.1 faiz artıb"
Yenixeber.org: Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O qeyd edib ki, ölkə üzrə nikahların sayında dinamika müşahidə edilib: "Son 15 il ərzində nikahların sayında 11.4 faiz artım olub. Ömür uzunluğu 73.4 yaşdan 75.8 yaşa yüksəlib. O cümlədən, kişilər üzrə bu göstərici 70.8 yaşdan 73.3 yaşa, qadınlar üzrə 76.1 yaşdan 78.2 yaşa qədər artıb".

Komitə sədrinin sözlərinə görə, ana ölümü əmsalı da aşağı düşüb:"Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26.3-dən 12.2-ə enib. Körpələr üzrə əmsal isə 11.4-dən 11.1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14.4-dən 13.1-ə düşüb".

T.Budaqov əlavə edib ki, ölkəmizdə miqrasiya saldosu yüksəkdir və 14 min 800 təşkil edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam