Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik -132 ailəyə mal-qara verib

 

2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb.

Yenixeber.org:   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.

Vətəndaşlara verilən mal-qaranın sağlamlığına dair baytar arayışı təqdim edilir. Heyvanlar təqdim olunarkən aktlar tərtib olunur, iştirakçılar verilən mal-qaradan razılıqlarını aktı imzalamaqla təsdiq edirlər. Eyni zamanda, aktivlərin verilməsi prosesinə dair (iştirakçıların öz razılığı ilə) video və foto materiallar da çəkilir.

Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və il boyu davam etdiriləcək.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin 10 minə çatdırılması gözlənilir. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam