Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq - Nazirlikdən açıqlama

 
İndiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.
Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. onun sözlərinə görə, bir neçə müddətdir xüsusilə Qərb bölgəsində, Şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir.

"Yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq. Bazarda məhsulun bollaşması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni, yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yğımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam