Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oruc tutarkən ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağın UNİKAL ÜSULLARI -VİDEO

Oruc tutarkən ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağın UNİKAL ÜSULLARI - VİDEO

Ramazan ayında oruc tutanların yaşadığı ciddi problemlərdən biri xoşagəlməz ağız qoxusudur.
Yenixeber.org:Məlumata görə, diş həkimləri Ramazanda ağızda xoşagəlməz qoxularının yaranmaması üçün
bir neşə tövsiyə verib.
Uzun müddət davam edən oruc prosesi ağızda quruluğa yol açır. Bu da ağız boşluğunda xoşagəlməz və ətrafdakıları narahat edəcək qoxu yaradır. İmsak və iftardan sonra dişlər fırçalanmırsa, ağızda qalan qida artıqları ağız qoxusuna səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayar və bu iltihab da qoxuya səbəb olar. İmsak və iftar yeməyindən sonra dişlər mütləq şəkildə, ən az, 2-3 dəqiqə fırçalanmalıdır.Bundan başqa, imsakda bir fincan soyuq süd içilməsi, iftarda isə bol su ilə birlikdə yaşıl çay içmək də bu problemi aradan qaldırır. Yemək yeyərkən nanə, zəncəfil, cəfəri, yaşıl çay, evkalipt, darçın kimi birtkilərdən istifadə etmək də ağız qoxusunu azaldan metodlardandır.Mütəxəssislər bildirir ki, tərkibində spirt olan ağız qarqara məhsulları quruluğu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə diş üzərindəki ərpi qarqara yolu ilə təmizləmək yanlışdır. Oruc tutarkən gündə bir neçə dəfə su udmamaq şərtilə ağız boşluğunun qarqara edilməsi dişlərin və diş ətinin sağlamlığı üçün əhəmiyyətlidir. Publika

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam