Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda QADAĞA- Şəxs soyundurulan zaman videoya çəkilməyəcək

Azərbaycanda QADAĞA

 

 

Azərbaycanda gömrük nəzarəti həyata keçirilərkən şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək

 

Yenixeber.org: Bu, Dövlət Gömrük Komitəsi Kollegiyasının təsdiq etdiyi və bu aydan qüvvəyə minən “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması”na edilən dəyişikliklərdə əksini tapıb.

Protokola əsasən, indiyə qədər şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki həmcins hal-şahidinin iştirakı ilə eyni cinsdən olan gömrük əməkdaşı tərəfindən aparılmalı idi. Dəyişikliyə görə, bundan sonra şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılmalıdır və şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Qeyd edək ki, protokola əsasən, bundan sonra da əşyaları yoxlama iki nəfər hal şahidinin iştirakı ilə aparılacaq. Başqa fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb işçisi yoxlamalıdır. Yoxlanılan şəxslər protokolu imzalamaqdan imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi iştirakçılar tərəfindən imzalanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam