Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Şok! Bakıdakı “Alp Delux” restoranında insanlara at əti yedirirmişlər -FOTOLAR

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb.

Yenixeberorg.com: Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentliyin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib.

Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.

Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

Qarşı tərəfincavab haqqını tanıyırıq.

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb
“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam