Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

121 saylı Laçın seçki dairəsində seçki müəmması: Namizdələr niyə “buxarlanır” -İLGİNC

 "Son günlər 121 saylı Laçın seçki dairəsində olduqca müəammalı hadisələr baş verməkdədir.
Yenixeber.org: Belə ki, Hüseyn Səfərovun sədri olduğu dairədə Rövşən Muradov istisna olmaqla, digər namizədlər tədricən “buxarlanmaqda”, “yoxa çıxmaqdadır”". Bu barədə redaksiyamıza göndərilən məaqlədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Nə sirdirsə, namizədlərin böyük əksəriyyəti namizədliklərini irəli sürdükdən qısa müddət sonra Rövşən Muradovun xeyrinə namizədliklərini geri götürdükləri ilə bağlı seçki dairəsinə müraciət edir, Hüseyn Səfərov isə bu ərziələri “çox böyük həvəslə” “sabiq namizədlər”in sənədlərinə əlavə edir. İmtina ərizəsi yazmayanların namizədlikləri isə “ucdantutma” ləğv edilir. Artıq 10 namizəd bu və ya digər şəkildə seçki marafonundan çəkilib ki, bu da çox ciddi rəqəmdir.
Hələlik 121 saylı Laçın seçki dairəsində tam olaraq nəyin baş verdiyi məlum olmasa da, dairə sədrinin Rövşən Muradovun deputatlğa gedən yolunu təmizlədiyi göz önündədir. Belə olmasaydı, seçki prosesinə qatılan, bunun üçün seçicilərdən imza toplayan namizədlər bir-birinin ardınca imtina ərizəsi yazmaq üçün sıraya düzülməzdi.
Bu baxımdan MSK-nın, eləcə də əlaqədar dövlət qurumlarının 121 saylı Laçın seçki dairəsində baş verənləri nəzarətə götürməsinə ciddi ehtiyac var".(Dia-az.İnfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam