Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ABŞERON CİTY” MTK TƏHLÜKƏSİZLİK QAYDALARINI SƏRT ŞƏKİLDƏ POZUR -VİDEO

       “ABŞERON CİTY” MTK TƏHLÜKƏSİZLİK QAYDALARINI SƏRT ŞƏKİLDƏ POZUR - VİDEO
Yenixeber.org: Xırdalan şəhərində tikilən bu binalar “Abşeron City” MTK-ya məxsusdur. Sözügedən tikintidə işçilərin təhlükəsizliyinin təmin edilməməsi barədə daha ətraflı məlumat almaq üçün həmin əraziyə yollandıq. Kadrları lentə alarkən hündürmərtəbəli binanın tikintisi davam edən təxmini 11-12-ci mərtəbəsində (həmçinin bütün mərtəbələrdə) işçilərin həqiqətəndə təhlükəsizlik kəmərləri, kaska ilə təmin olunmadığının şahidi olduq. Tikintidə çalışan fəhlələr hər an ölüm ilə üzləşə bilər. Kadrlardanda açıq aydın görünür ki, MTK rəhbərliyi insan həyatını heçə sayır. Evinə çörək qazanmaq istəyən fəhlələr çarəsizlikdən məcbur qalıb bu təhlükə altında çalışırlar. Onların həqiqətəndə əmək müqaviləsi ilə işləmələri bu görüntülərdən sonra sual altında qalır. Ərazidə nə prorab, nə tikintiyə məsul şəxslərdən heç kimin olmadığını söyləyən bu şəxs Emil adlı bir şəxs ilə əlaqə saxlayıb sonra bizi hədələməyə başladı.
“SəhərMedia”xəbər portalı olaraq aidiyyatı qurumlardan məsələ ilə bağlı tədbir görmələrini xahiş edirik.
Məsələ diqqətimizdədir.
ZAUR QAFAROV/təsisçi-direktor
Həmin görüntüləri təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam