Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İki uşaq anası müalicə adı ilə xaricə getdi, evləndi -Azərbaycanda

 

Azərbaycanda Nigar adlı qadın "Türkiyəyə müalicəyə gedirəm" deyərək ərinə bilet aldırıb və 2 övladını da götürərək Türkiyədə ərə gedib. 

Yenixeber.org xəbər verir ki, arvadını axtaran ər “Təsir dairəsi” verilişinə müraciət edib, axtarışlar nəticəsində məlum olub ki, qadın müalicəyə getməyib. 

Verilişin aparıcısı Lalə Azərtaş axtarışlarının nəticəsini öyrəndikdə şoka düşdüyünü gizlətməyib:

“Ata Rəşid iki övladından və arvadından xəbər ala bilmədiyi üçün narahat olub, düşünüb ki, bəlkə, həyat yoldaşımı zirzəmidə saxlayırlar, başına bir iş gəlib zənglərimə ona görə cavab vermir. Daha sonra ata bizə müraciət etdi. Biz efir bitəndən bir neçə dəqiqə sonra “itkin düşən” Nigarı tapdıq. Siz demə, Nigar ərinə bilet aldırıb, 2 uşağını da götürüb Ankaraya ərə gedib. 

O, gedib Ankarada ailə qurub. Mən dəhşət içərisindəyəm, özümə gələ bilmirəm. Qadın burada rəsmi nikahda olmayıb və gedib orada türkiyəli vətəndaşla nikaha girib. 

Sən demə, qadın 1 il yarımdır həmin adamı tanıyırmış. Nigar artıq hamilədir”. 

Həmin görüntüləri təqdim edirik: 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam