Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıt Travmatalogiya Xəstəxanasının həkimi Emin Yaqubov xəstəni şikəst edib –ŞİKAYƏT

 Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub.

Yenixeber.org: Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“57 yaşım var. 22.02.2023-cü ildə Sumqayıt Travmatalogiya Xəstəxanasında həkim Emin Yaqubov tərəfindən boyun onurğa əməliyyatı olmuşam. O, mənə boş yerə 3 ay 8 gün ümid verərək, xəstəxanada yatızdırdı. Sonra məlum oldu ki, uğursuz əməliyyat edib. Hansı ki, ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım”.

Hazırda 1-ci qrup əlil olduğunu deyən şikayətçinin sözlərinə görə, 8 aydan sonra vəziyyəti daha da pisləşib: “Bundan sonra Bakıda, Əhmədlidə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Sağ olsun, Rasim həkim məni əməliyyat edib, ölümdən qurtardı. Amma şikəstliyim yenə də qalır. Məni bu günə salan Emin Yaqubov bir dəfə də olsun mənimlə maraqlanmır.

                                                    Emin Yaqubov  

Sumqayıt Travmatalogiya Xəstəxanasında olan özbaşınalıqla bağlı baş həkim Rauf həkimə, Səhiyyə Nazirliyində Səkinə xanıma, TƏBİB-ə, Respublika Prokurorluğuna müraciət etdim. Üstəlik, ərizə ilə Prezident İlham Əliyevə də müraciət etmişəm. Lakin heç bir tədbir görən yoxdur.

Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bir tədbir görər”.(Hurriyyet)

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam